Zəngilandakı aqroparka Türkiyədən kənd təsərrüfatı texnikası gətiriləcək

  • 13:00 - 25 Oktyabr

Zəngilan rayonunun Ağalı kəndində icra olunan "Ağıllı kənd" layihəsi çərçivəsində yaradılacaq aqroparka Türkiyənin Aydın vilayətindəki "Efe" şirkətinin istehsalı olan kənd təsərrüfatı texnikası gətiriləcək.

Bu barədə türk mətbuatı məlumat yayıb.

Məlumata görə, texnikanın dəyəri 800 min ABŞ dolları təşkil edəcək.

İstehsalçı şirkətdən bildirilib ki, ötən illə müqayisədə Azərbaycana satdıqları aqrar texnikanın ümumi dəyəri təxminən 10 dəfə artıb. "Efe" Azərbaycanla yanaşı, Almaniya və Fransa kimi inkişaf etmiş Avropa ölkələrinə də kənd təsərrüfatı texnikası satır.

Xatırladaq ki, Zəngilandakı aqroparkda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalı nəzərdə tutulub.(report)


Oxunma sayı: 2938

Oxşar yazılar