Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır

  • 13:25 - 25 Oktyabr

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq 1,938 milyard dollara bərabər olub.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.

Hesabat dövründə Türkiyənin Azərbaycanın ümumi ixracında pay 13,25 faiz təşkil edib.

2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyədən Azərbaycana idxal ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz artaraq 1,31 milyard dollara bərabər olub. Azərbaycanın idxalında Türkiyənin payı 15,69 faiz təşkil edib.

İki ölkə arasında ticarət dövriyyəsi isə ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,3 faiz artaraq 3,2485 milyard dollar olub.(trend)


Oxunma sayı: 3433

Oxşar yazılar