İcra başçısının piyadanı vurması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

  • 10:12 - 25 Oktyabr

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı mediada yayılan məlumata rəsmi reaksiya verilib.

Neftçala RİH-dən Avropa.info-ya bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir: "Ümumiyyətlə, belə bir hadisə baş verməyib və kökündən yanlışdır".

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb:

"Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək".


Oxunma sayı: 1332

Oxşar yazılar