MOSKVANIN GÖBƏYİNDƏ TÜRK İMZASI...

  • 14:36 - 24 Oktyabr

"Moskvanın Manhattanı" kimi tanınan Moskva Beynəlxalq Biznes Mərkəzi biznes fəaliyyəti, yaşayış və əyləncə məkanına çevrilib.

Avropa.info xəbər verir ki, "Moskva Siti" kimi də tanınan mərkəz paytaxt Moskvanın mərkəzində və Moskva çayının sahilində yerləşir.

Avropanın ən hündür binaları arasında olan göydələnləri ilə valeh edən mərkəzi hər ay yüzlərlə turist ziyarət edir.

Buradakı qüllələr və binaların əksəriyyəti Türkiyə inşaat şirkətləri tərəfindən tikilib.

4 milyon kvadrat metrdən çox sahəsi olan "Moskva Siti" yerli və xarici iş adamlarının ünvanına çevrilib.

Yüzlərlə ofis, mənzil və ticarət mərkəzinin yerləşdiyi "Moskva Siti"-də minlərlə insan işləyir.

"Moskva Siti" layihəsi Sovet İttifaqı dağılandan sonra 1991 -ci ildə qəbul edilmiş, lakin 1995 -ci ildə maliyyə çatışmazlığı səbəbindən dondurulmuşdu.

İlk qüllənin 2001 -ci ildə inşa edildiyi mərkəzdə 20 ildə 20 -dən çox göydələn ucaldıldı. Hər bir qala özünəməxsus quruluşu ilə tanınır.

Hazırda "Moskva Siti"-də tikilməkdə olan və günü-gündən genişlənən “One Tower” qülləsinin hündürlüyü 405 metr olacaq. Lakin hələlik mərkəzin ən hündür “Federasiya” qülləsi 374 metr hündürlüyü ilə diqqət çəkir. 

"Moskva Siti"-də türkcə göz mənasını verən "Oko" qülləsində Avropanın ən yüksək açıq müşahidə nöqtəsi sayılan  müşahidə platforması var.

Bu platforma həm də qüllənin başında açıq havada olması ilə diqqət çəkir.

Təxminən 250 min kvadratmetr sahəsi olan bu qüllə 2015-ci ildə bir Türkiyə şirkəti tərəfindən inşa edilib.

354 metr hündürlükdən Moskvaya baxmaq üçün hər ay yüzlərlə turist buradakı müşahidə platformasına qalxır.

Müşahidə nöqtəsində minlərlə fotoşəkil çəkilir, evlilik təklifləri edilir. Gənclər öz xüsusi günlərini burada qeyd edirlər.  

Avropa.info


Oxunma sayı: 14532

Oxşar yazılar