Zlatan İbrahimoviç İtaliya A Seriyasında tarixə düşüb

  • 13:20 - 24 Oktyabr

"Milan" klubunun fubolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasında yeni uğura imza atıb.

40 yaşlı hücumçu buna IX turda "Bolonya"nı səfərdə 4:2 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

İsveçli forvard 90-cı dəqiqədə fərqlənməklə "rossonerilər"in 4-cü qoluna imza atıb. İbrahimoviç turnir tarixində 40 yaşdan sonra qol vuran 4-cü oyunçu adına yiyələnib.

Daha əvvəl bunu Silvio Piola, Pyetro Verhovod və Alessandro Kostakurta bacarıb.

Qeyd edək ki, "Milan" 9 matçdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir qarşılaşma az keçirən "Napoli" 24 xalla ikinci sıradadır.


Oxunma sayı: 3697

Oxşar yazılar