Kolumbiyada ölkənin ən böyük narkotik kartelinin lideri saxlanılıb

  • 10:50 - 24 Oktyabr

Kolumbiya polisi hərbçilərlə birlikdə “Körfəz Kralı” cinayətkar dəstəsinin başçısı “Otoniel” ləqəbli Dairo Usuqu saxlayıb.

Bu barədə “El Tiempo” nəşri məlumat yayıb.

 

Əməliyyat Kolumbiyanın şimal-qərbindəki Nekokli bələdiyyəsində keçirilib. Hazırda Usuqu Medellinə aparırlar.

Qeyd edək ki, “Körfəz Kralı” Kolumbiyada narkotik ticarəti ilə məşğul olan ən böyük cinayət təşkilatıdır. Usuq ölkədə ən çox axtarılan cinayətkar sayılırdı.(apa)


Oxunma sayı: 3741

Oxşar yazılar