TƏCİLİ: Ərdoğan ABŞ başda olmaqla 10 ölkə səfirinin "istənməyən şəxs" elan olunması üçün TƏLİMAT VERDİ - Sorosçu Kavalaya görə Türkiyəni təhdid etmişdilər...

  • 21:21 - 23 Oktyabr

"Yatırlar, qalxırlar, Kavala, Kavala. Osman Kavala dediyiniz, Sorosun Türkiyə şöbəsidir. Ölkəmizdə olan 10 ölkənin səfiri bu adam üçün Xarici İşlər Nazirliyinə gəlir. Türkiyəni təhdid edirlər. Bu nə tərbiyyəsizlikdir?"

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda ABŞ olmaqla 10 ölkə səfirinin sorosçu Osman Kavalanın azadlığa buraxılması üçün Türkiyəyə yönəlik təhdid mesajına münasibət bildirərkən deyib.

"Siz bu ölkəni nə zənn edirsiniz? Bura Türkiyədir, Türkiyə. Bura bir qəbilə dövləti deyil. Bu Türkiyədir, şanlı Türkiyə. Türkiyədə həddinizi aşıb Xarici İşlər Nazirliyinə gəlib göstəriş verə bilməzsiniz. Xarici işlər nazirimizə lazımi göstərişləri verdim. Mən ona nə edəcəyimizi söylədim. Mən dedim ki, bir an öncə bu 10 səfirin  "istənməyən şəxs"  elan olunması ilə məşğul olsun. Çünki Türkiyəni tanıyacaqlar, anlayacaqlar, biləcəklər, bilmədikləri, anlamadıqları gün bu ölkəni tərk edəcəklər", - deyə Ərdoğan bildirib. 

Xatırladaq ki, ABŞ, Fransa, Almaniya, Kanada, Finlandiya, Danimarka, Hollandiya, Yeni Zelandiya, Norveç və İsveç səfirləri Türkiyə XİN-ə gələrək hələ istintaqı davam edən Osman Kavalanın azad olunmasını tələb ediblər. Bundan sonra, həmin səfirlər Türkiyəni təhdid edən bəyanat da yayıblar. 

Qeyd edək ki, Sorosun Türkiyə şöbəsinin təmsilçisi kimi tanınan Osman Kavalanın adı 2016-cı 15 iyul dövlət çevrilişi cəhdinin təşkilatçıları sırasında keçir.

Avropa.info


Oxunma sayı: 10836

Oxşar yazılar