Şərqi Azərbaycan əyalətinin yeni valisi, SEPAH generalı Abedin Xürrəm Təbrizdə BELƏ DÖYÜLDÜ- ANBAAN VİDEO

  • 18:05 - 23 Oktyabr

Şərqi Azərbaycan əyalətinin yeni valisi andiçmə mərasimində tribunada olan zaman döyülüb.

Avropa.info xəbər verir ki, bu gün İran Daxili İşlər naziri Əhməd Vahidinin iştirakı ilə keçirilən tədbirdə çıxışı zamanı Şərqi Azərbaycan əyalətinin yeni valisi, SEPAH generalı Abedin Xürrəmə hücum edilib. 

Xürrəm yeni vali kimi təqdimatından sonra tribunaya qalxaraq nitqinə başlayıb. Lakin elə bu zaman naməlum şəxs səhnəyə çıxaraq siyasətçiyə şillə vurub. Daha sonra təhlükəsizlik işçiləri həmin şəxsi zaldan çıxarıb. 

İran dövlət televiziyasına danışan Hürrəm ona sillə vuran şəxsin xanımına kişi tibb işçisi tərəfindən vaksin vurulduğunu, buna görə də belə bir addım atdığını deyib. Hürrəm hadisəni törədən şəxsi tanımadığını, lakin onu bağışladığını və ondan şikayətçi olmadığını açıqlayıb.

Hürrəm hadisəni törədən şəxsi tanımadığını, lakin onu bağışladığını və ondan şikayətçi olmadığını açıqlayıb.

Təbriz Prokurorluğu İnqilab Keşikçiləri Ordusuna (SEPAH) mənsub olduğu bildirilən şəxs haqqında istintaq başladıldığını açıqlayarkən, Təbriz İnqilab Keşikçiləri Korpusu da yazılı açıqlama ilə Hürrəmə dəstək verib.

Qeyd edək ki, Abedin Xürrəm bundan öncə Təbriz İnqilab Keşikçiləri Korpusunun komandiri olub.


Oxunma sayı: 7228

Oxşar yazılar