Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 ay ərzində 343 mindən çox vətəndaş qəbul edib

  • 20:10 - 23 Oktyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və qurumları tərəfindən bu ilin yanvar-sentyabr aylarında 343 min 469 vətəndaşın qəbulu həyata keçirilib. Nazirlikdən virtualaz.org-a verilən məlumata görə onlardan 2 min 366-sı Nazirliyin və qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən (videoformatda), 341 min 103-ü Nazirliyin və qurumlarının qəbul mərkəzlərində, DOST Mərkəzlərində qəbul edilib. 

Bu ilin 9 ayında Nazirlik üzrə yazılı və e-qaydada edilmiş 960 min 223 vətəndaş müraciətinin cavablandırılması təmin edilib. Müraciətlərin 313 min 215-i Nazirlik və qurumları tərəfindən, 594 min 762-si 142-Çağrı Mərkəzi vasitəsilə, 52 min 246-sı isə sosial şəbəkələr üzərindən cavablandırılıb. Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.


Oxunma sayı: 1992

Oxşar yazılar