Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar

  • 14:45 - 23 Oktyabr

Türkiyə ABŞ-dan F-16 qırıcılarının satın alınması proseduruna start verib. 

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO üzv ölkələrinin müdafiə nazirlərinin iclasından sonra deyib. 

O bildirib ki, təyyarələrin tədarükü ilə bağlı texniki işlər başlayıb: 

"Biz bu prosesi diqqətlə izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun müdafiəsinin güclənməsi deməkdir". 

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması ilə əlaqədar F-16 qırıcılarının tədarükü prosesini dayandırmışdı.(trend)


Oxunma sayı: 2597

Oxşar yazılar