Artur Rasi-zadənin səhhətində problem yaranıb, xaricə aparıldı

  • 13:01 - 23 Oktyabr

Sabiq Baş nazir Artur Rasi-zadənin səhhətində problem yaranıb.

Avropa.info-nun modern.az-a istinadən məlumatına görə, Rasi-zadə hazırda Bakı şəhərində deyil. O, səhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunur və yaxın vaxtlarda paytaxta qayıdacaq.

Qeyd edək ki, 86 yaşlı Artur Rasizadə Baş nazir postunda 22 il çalışıb.


Oxunma sayı: 2025

Oxşar yazılar