Bakıda motosiklet qəza törədib, sürücünün hər iki ayağı sınıb - VİDEO

  • 12:10 - 23 Oktyabr

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə əks istiqamətdə hərəkətdə olan motosiklet sürücüsü Nizami küçəsi ilə Yusif Səfərov küçələrinin kəsişməsində işıqforun yaşıl işığından keçən "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin gücündən motosiklet aşıb, sürücüsünün isə hər iki ayaq sümüyü sınıb. Yaralı xəstəxanaya çatdırılıb. Minik avtomobilinin sürücüsü Ruslan Məmmədovun APA-ya verdiyi məlumatına görə, motosikletdə heç bir işıqlandırma sistemi olmayıb və onun sürücüsü Yusif Səfərov küçəsində əksinə hərəkət edib.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.


Oxunma sayı: 969

Oxşar yazılar