Mixeil Saakaşvilinin xanımı: "Onun həyatı təhlükədədir” - FOTO

  • 11:43 - 23 Oktyabr

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko aclıq aksiyası keçirən həyat yoldaşının vəziyyətinin kritik həddə çatdığını bildirib.

Avropa.info Report-a istinadən xəbər verir ki, bu barədə Yelizaveta Yasko feysbukdakı səhifəsində yazıb.

"Gürcüstan həbsxanasında olan Mixeil Saakaşviliyə dördüncü dəfədir baş çəkirəm. Bu gün çox danışdıq. Təxminən beş saat... Bu gün aclıq aksiyasının 22-ci günüdür. Mixeil, əvvəlki kimi sonadək mübarizə aparmaq əzmindədir. Mən ondan dəfələrlə aclığı dayandırmasını xahiş etmişəm, amma qərar dəyişilməzdir.

Mixeil Saakaşvilinin səhhəti pisləşir və bu, çox açıq şəkildə görünür. Onun tab gətirməsinə şadam. Amma bu dəfə kədərliyəm. Çünki onun təhlükədə olduğunu başa düşürəm. Və artıq kritik vəziyyətə yaxınlaşır", - Yasko feysbukda yazıb.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.


Oxunma sayı: 1178

Oxşar yazılar