Azərbaycan Premyer Liqası: bu gün 2 maraqlı oyun var

  • 11:24 - 23 Oktyabr

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyunlarına start veriləcək.

Avropa.info xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma gerçəkləşəcək.

Açılış matçında "Sabah" və "Sumqayıt" komandaları üz-üzə gələcəklər. Hazırda paytaxt klubu bir xalla sonuncu, "gənclik şəhəri" təmsilçisi isə 8 xalla 5-cidir. İki gün öncə Ramin Quliyevi istefaya göndərən meydan sahibləri bu görüşə baş məşqçisiz çıxacaqlar.

Günün növbəti oyunu "Bakcell Arena"da gerçəkləşəcək. On dörd xalla 2-ci pillədə qərarlaşan "Neftçi" özündən iki xal az toplayan və 4-cü sırada yer alan "Zirə"ni qəbul edəcək. 


Oxunma sayı: 4170

Oxşar yazılar