Türkiyə pilotsuz uçuş aparatları texnologiyasında dünyanın ilk 3 ölkəsindən biri: SİHA-ları almaq üçün növbəyə durdular

  • 10:34 - 23 Oktyabr

Sənayeçi və İş Adamları Dərnəyinin (TÜMSİAD) təşkilatçılığı ilə “Ticarət Etikası və İstehsalçı Türkiyə” və “Rəqəmsallaşma” əsas mövzuları ilə təşkil edilən 4-cü Beynəlxalq KOBİ Şurası Yıldız Texniki Universitetinin Davutpaşa kampusunda başlayıb. 

Avropa.info xəbər verir ki, Sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır Türkiyənin pilotsuz uçuş aparatları texnologiyasında dünyanın ilk 3 ölkəsindən biri olduğunu ideyib. O qeyd edib ki, Türkiyə aviasiya sahəsində daha çox təcrübəsi olan ölkələri qabaqlamağı bacarıb. 

Ukrayna və Polşa kimi aviasiya sahəsində böyük təcrübəsi olan ölkələrə İHA ixrac etdiklərini ifadə edən Kaçır, "İndi bildiyiniz kimi, İngiltərə Türkiyənin pilotsuz uçuş aparatları ilə maraqlanır. Onlarla ölkə Türkiyənin pilotsuz uçan aparatlarını almaq üçün növbəyə durub", deyib. 

Önümüzdəki 10 ildə elektrikli nəqliyyat vasitələrinin insanların həyatına daha çox girəcəyini, ekoloji cəhətdən təmiz texnologiyalara daha çox sərmayə qoyulacağını qeyd edən Kacır, sürücüsüz nəqliyyat vasitələri və bir-biri ilə əlaqə saxlayan avtomobillərin istehlakçıların həyatına girəcəyini bildirib. 

Süni intellektə, 5G-yə və sənayenin rəqəmsal çevrilməsinə böyük əhəmiyyət verdiklərini qeyd edən Kacır, pandemiyanın başlanğıcında şirkətləri bir araya gətirərək və 100 nəfərlik texnologiya qrupu quraraq təxminən 2 həftə ərzində reanimasiya cihazları istehsal etdiklərini söyləyib. 


Oxunma sayı: 2971

Oxşar yazılar