Müsəlmanlara qarşı çıxışlarıyla tanınan 63 yaşlı prezidentliyə namizədin 28 yaşlı köməkçisi ilə SKANDAL GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO

  • 00:18 - 23 Oktyabr

İrqçi və müsəlmanlara qarşı çıxışları ilə tanınan Fransanın aşırı sağçı prezidentliyə namizədi Erik Zemmorun 28 yaşlı qadın köməkçisi ilə skandal görüntüləri yayılıb. 

Avropa.info xəbər verir ki, Fransada həftəlik nəşr olunan  “Paris Match” jurnalının üz qabığında yayınlanan sakandal foto ölkədə böyük əks-səda doğurub. 

Jurnalın dərc etdiyi şəkildə 63 yaşlı Erik Zemmour köməkçisi Sarah Knafo ilə birlikdədir. Prezidentliyə namizədin 28 yaşlı köməkçisi Sarah ilə dənizdə qucaqlaşaraq çəkilmiş fotosu ölkədə siyasi böhrana səbəb olub. 

Fotonun yayılmasından sonra, “Paris Match” jurnalının baş redaktoru Herve Qattegno işdən çıxarılıb. Onun işdən çıxarılmasına səbəb jurnalın üz qabığında prezidentliyə namizəd Erik Zemmorun şəklini yayması göstərilib. 

Evli olan Zemmorun bu fotoya görə jurnalı məhkəmə verəcəyi bildirilib.

Avropa.info


Oxunma sayı: 8834

Oxşar yazılar