Zərdab və ətraf rayonlarda şöhrət qazanmış cərrah - Cabir Əhmədov

  • 19:59 - 22 Oktyabr

Cabir Sabir oğlu Əhmədov 1988 -ci il mart ayının 22 -də Zərdab rayonunda anadan olub. 1994,2005- ci illərdə Şıxbağı kənd orta məktəbində təhsil alıb, elə həmin ildə yüksək balla universitetə qəbul olunub. 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetində oxuyub, universiteti əla qiymətlərlə başa vurub

2011-2016-cı illərdə Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində cərrah kimi çalışıb. 2015-2016-cı illərdə Aknakada yerləşən Türkiyə Yüksək İxtisas Xəstəxanasında həkim - cərrah olaraq işləyib. Daha sonra, 2016-cı ilin 6 dekabrından 2017-ci ilin noyabr ayına kimi Ağcəbədi Rayon Mərkəzi Xəstəxanasında cərrah kimi fəaliyyət göstərib. 

2017-ci ilin fevral ayından Zərdab rayon Mərkəzi Xəstəxanasında həkim cərrah kimi çalışır. 

Cabir həkim elmi fəaliyyətlə də məşğul olmağa başlayıb. Akademik M.A Topçubaşov adına elmi cərrahiyyə mərkəzinin doktoranturasının qiyabi şöbəsində elmi tədqiqat işi üzərində çalışır. 

C. Əhmədov Azərbaycan və Türkiyədə bir çox təlim və treninqlərdə iştirak edərək sertifikatlar əldə edib. Cabir həkim yüzlərlə xəstəni müalicə edib. Belə peşəkar, humanist insanlarla fəxr etməyə dəyər. 

Bir 1 kişi ve ayakta görseli olabilir

Azərbaycanda cərrahlıq elmi sahəsində uğurlu nəticələr qazanılıb. Bu sahənin əsası Mirzə Məmmədqulu Qayıbov tərəfindən qoyulub. Ondan sonra Abdulkərim Mehmandarov, Nəriman Nərimanov, Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Ağaxan Talışıniski, Cəmil Ləmbəraniski, Mustafa Hacıqasımov və başqa tibb xadimləri vaxtilə Azərbaycanı beynəlxalq miqyasda təmsil etməklə özlərinin elmi məktəblərini yaradıb, zəngin yaradıcılıq irsi qoyub gediblər. 

Həkimlik çoxlarının xəyalıdır. Tarix boyu  və indi dünyada ən şərəfli peşələrdən biri sayılır. Çünki, bu sənətin sahibləri insanların ən dəyərli neməti sağlamlıqlarının keşiyindədirlər. Kiçik yaşlardan bu sənətə yiyələnməyi qarşısına məqsəd qoyan Cabir həkim insanlara tibbi yardım göstərərkən özünü dünyanın ən xoşbəxt insanı hesabı edir. 

Cabir həkim ailəlidir, iki övladı var. 

Avropa.info


Oxunma sayı: 12002

Oxşar yazılar