Yevlaxda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

  • 20:05 - 22 Oktyabr

Yevlaxda yol qəzası baş verib.

APA-nın  məlumatına görə, hadisə Qaraməmmədli kəndi yaxınlığından keçən yolda baş verib. “VAZ 2107” və “VAZ 21011” markalı maşınların toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 1684

Oxşar yazılar