Xırdalanda kütləvi dava zamanı adam öldürən şəxsə hökm oxundu

  • 18:04 - 22 Oktyabr

Bakı Ağır Cinayətlər Məhkəməsində Xırdalanda iki nəfərin ölümündə, bir neçə nəfərin isə ağır yaralanmasında təqsirləndirilən Tural Quliyev və xuliqanlıqda ittiham edilən Roman Mirzəyevlə Yaşar Mövsümovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Avropa.info Report-a istinadla xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Mirzəyev 2 il, Y.Mövsümov 3 il və T.Quliyev isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2020-ci ilin iyul ayında Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsində qeydə alınıb. Bir qrup şəxs arasında kütləvi dava baş verib. Nəticədə Məmməd Məmmədov və Həsən adlı şəxs orada ölüb. 29 yaşlı T.Quliyevlə 29 yaşlı Həsənəliyev İlqar Yaşar oğlu ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Bu iş üzrə daha əvvəl məhkəmənin hökmü ilə digər qrupun üzvlərindən Xəlil Məmmədov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunaraq 18 il 6 ay, xuliqanlıqda təqsirləndirilən Bahadur Əliyev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Oxunma sayı: 1849

Oxşar yazılar