Rusiyada zavoddakı yanğında ölənlərin sayı 17-yə çatıb -YENİLƏNİB

  • 15:39 - 22 Oktyabr

Rusiyanın Ryazan vilayətində zavodda baş verən yanğında ölənlərin sayı 17-yə çatıb.

Ağır dərəcəli yanıq xəsarətləri alan bir nəfər xəstəxanada dünyasını dəyişib.

Onun dərisinin 80 faizinin yandığı bildirilir.

13:24
Rusiyanın Ryazan vilayətində zavodda baş verən yanğında ölənlərin sayı 16-ya çatıb.

daha bir nəfərin taleyi naməlum olaraq qalır.

12:33
Rusiyanın Ryazan vilayətində zavodda baş verən yanğında ölənlərin sayı 12-yə çatıb.

“Report” “Sputnik Radio”ya istinadən xəbər verir ki, daha 4 nəfərin taleyi naməlum olaraq qalır.

11:14
Rusiyanın Ryazan vilayətində zavodda baş verən yanğında ölənlərin sayı 7-yə çatıb.

1 nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda 9 nəfərin taleyi məlum deyil.

10:53
Rusiyanın Ryazan vilayətində zavodda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.


Oxunma sayı: 2399

Oxşar yazılar