Türkiyədə 15 İsrail agenti HƏBS OLUNDU: MİT kölgə kimi izlədiyi "Mossad" cəsuslarını belə yaxaladı - SENSASİON ƏMƏLİYYATIN ŞOK DETALLARI (VİDEO)

  • 13:40 - 22 Oktyabr

Türkiyədə İsrail adına cəsusluq edən 15 nəfərdən ibarət şəbəkə ələ keçirilib.


Avropa.info xəbər verir ki, İsrail dövləti üçün əhəmiyyətli olan məlumatlar, sənədlər əldə etməklə məşğul olduqları və İsrail kəşfiyyat xidməti ilə əlaqəli olduqları səbəbilə saxlanılan 15 nəfərin "beynəlxalq cəsusluq" ittihamı ilə Türkiyədə həbs edilməsinə qərar verilib.

"TRT Haber"in yaydığı məlumata görə, Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İsrail kəşfiyyat orqanı "Mossad"-la əlaqəli olduqları bildirilən şəxsləri 1 il addım-addım izləyiblər. Araşdırmalar nəticəsində hər biri 3 nəfərdən ibarət olan 5 komandada birləşən cəsus şəbəkəsinin məqsəd və üsulları deşifrə edilib. Məlum olub ki, İsrail üçün çalışan cəsus şəbəkəsi müdafiə sənayesi sahəsində təhsil alan gəncləri izləyirmişlər. Bununla yanaşı Türkiyədə təhsil alan suriyalı və fələstinli gənclər də "Mossad" agentləri tərəfindən təqib edilib. 

Şəbəkə həmçinin İsrail üçün vacib olan sənədləri ələ keçirməyə çalışıb. Bu çərçivədə Türkiyədəki dərnək və təşkilatlarla bağlı hesabatlar hazırlanıb. Əldə edilən məlumatlar şifrəli şəkildə "Mossad"a ötürülüb.  

Şəbəkə üzvləri direktivləri almaq üçün xaricə səfər ediblər. Viza məsələləri isə "Mossad" tərəfindən həll edilib. Cəsus şəbəkəsi üzvləri öz aralarında əlaqəni daha çox taksofon vasitəsilə həyata keçiriblər. Cəsuslara ödənişlər kriptovalyutalarla, zərgərlik dükanları və pul köçürmə ofisləri vasitəsi ilə edilirdi. Şəbəkənin rahat işləməsi üçün bəzi cəsuslar haqqında itkin düşməsi haqda elanlar verilibmiş. Lakin, Türk Kəşfiyyatı həmin şəxsləri də izləyirmiş.  

Milli Kəşfiyyat İdarəsi (MİT) uzunmüddətli təqibdən sonra,  Türkiyənin 4 vilayətində şəbəkə üzvləri üçün eyni vaxtda əməliyyatlar həyata keçirib. Əməliyyatda 15 şübhəli saxlanılıb.

Oktyabrın 19-da istintaqa gətirilən 15 şübhəlinin ifadələri prokurorluq tərəfindən alındıqdan sonra "beynəlxalq cəsusluq" ittihamı ilə həbs olunmaları tələbi ilə İstanbul Sülh Cəza Məhkəməsinə cerilib.

Məhkəmə 15 şübhəlinin həbsinə qərar verib.

Avropa.info


Oxunma sayı: 13344

Oxşar yazılar