Çin İranı Səudiyyə Ərəbistanı ilə əvəz etdi - Daha ondan neft almayacaq

  • 11:52 - 22 Oktyabr

İran və Çin arasında neft satışına dair 25 illik əməkdaşlıq müqaviləsi imzalanmasına baxmayaraq, Səudiyyə Ərəbistanı Çinə neft tədarük etmək üçün İranı əvəz edib.

Avropa.info xəbər verir ki, İran və Çin arasında 25 illik əməkdaşlıq razılaşması olsa da və bəzi öngörülər (proqnozlar) də İranın Çinə neft satışının artdığını göstərsə də, Tehran Ticarət Palatasının məlumatları göstərir ki, 2021-ci ilin ilk səkkiz ayında İranın Çinə neft satışı üç il əvvəllə müqayisədə 11 milyard dollardan çox azalıb.

Məhz həmin dövrdə Səudiyyə Ərəbistanının Çinə neft satışı əhəmiyyətli dərəcədə artıb.


Oxunma sayı: 2311

Oxşar yazılar