"Bu Ermənistan qarşısında duran ən birinci vəzifələrdən biridir"- Rusiya prezidenti Zəngəzur dəhlizi HAQDA

  • 00:29 - 22 Oktyabr

”Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır. Bu Ermənistan qarşısında duran ən birinci vəzifələrdən biridir”.

Bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Disskusiya klubunun plenar iclasında çıxışında bildirib.

“Regionda səmərəli iqtisadi həyatın, səmərəli əməkdaşlığın qurulmasında, o cümlədən Azərbaycanla gələcəkdə münasibətlərin qurulmasında, Türkiyə ilə münasibətlərin donunun açılmasında, bu münasibətlərə müasir xarakterin verilməsində Ermənistan prinsipcə bunda maraqlıdır. Bu, bu və ya digər halda əsas məqsədə nail olunmasına gətirib çıxarmalıdır - iki dövlətin təhlükəsiz mövcudluğunun və iqtisadi inkişaf üçün şərtlərin yaradılmasına gətirib çıxarılmalıdır./APA/


Oxunma sayı: 3686

Oxşar yazılar