Maide.az saytının rəhbəri Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə HƏBS OLUNDU

  • 18:51 - 21 Oktyabr

Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.

Avropa.info  xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov bildirib.

O qeyd edib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Məhkəmənin qərarı ilə Sərdar Babayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.


Oxunma sayı: 9923

Oxşar yazılar