Meyxanaçının üstündən narkotik maddənin çıxma anı - VİDEO

  • 16:07 - 21 Oktyabr

Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) narkotik vasitəyə görə həbs olunma görüntüləri yayılıb.

Avropa.info xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayılıb.

Belə ki, üzərinə baxış keçirilən zaman onun çantasından 206 qram narkotik vasitə (heroin) və elektron tərəzi aşkar edilib.

Qeyd edək ki, C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. 


Oxunma sayı: 3444

Oxşar yazılar