Azərbaycanlılar erməni ilə birləşib 26 nəfəri öldürdü - ŞOK CİNAYƏT

  • 16:41 - 21 Oktyabr

Rusiyanın Sverdlovsk vilayətində saxta spirtli içkidən zəhərlənib ölənlərin sayı 26 nəfərə çatıb.

Avropa.info lent.az-a istinadən məlumatına görə, artıq faktla bağlı 3 nəfər saxlanılıb. Bunlar Azərbaycan vətəndaşları Nadir Məmmədov, Anar Eyvazov və Ermənistan vətəndaşı Armen Avetisyandı.

Məlumata görə, saxta içkilər vilayətin Verx-İsetsk rayonunda metil spirtindən hazırlanırmış. Sonra isə Botanika bazarında parakəndə şəkildə satılırmış.

Yerli mətbuatın yazdığına görə, baş verənlərin miqyası böyük olduğundan Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin birbaşa nəzartiədədir.


Oxunma sayı: 1123

Oxşar yazılar