Azərbaycan neftinin qiyməti 87 dolları ötdü

  • 14:33 - 21 Oktyabr

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

Avropa.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,37 ABŞ dolları və ya 0,43% artaraq 87,13 dollar təşkil edib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,43 dollar azalaraq 85,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,91 dollar artaraq 83,87 dollar olub.


Oxunma sayı: 1002

Oxşar yazılar