Latviyada vaksinasiyaya qarşı çıxan keçmiş MSK sədri koronavirusdan öldü

  • 12:57 - 21 Oktyabr

Latviyada Mərkəzi Seçki Komissyasının keçmiş sədri, peyvənd olunmağa qarşı çıxan Arnis Cimdars yeni növ koronavirus (COVID-19) infeksiyası nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib.

Avropa.info “Report”a istinadən xəbər verir ki, MSK-nın keçmiş rəhbəri, 59 yaşlı Arnis “Latviya Birinci yerdə” partiyasının həmtəsisçisi idi və COVID-19-a qarşı məcburi peyvənd olunmağın əleyhinə idi.

Qeyd edək ki, Latviya hökuməti növbəti iclasında koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə sərt qapanmanın tətbiqi barədə qərar qəbul edib. Belə ki, oktyabrın 21-dən etibarən ölkədə tədris müəssisələri, əksər mağazalar, eləcə də iaşə obyektləri və digər xidmət məkanları öz fəaliyyətini dayandıracaq.


Oxunma sayı: 3257

Oxşar yazılar