ÜST-dən SENSASİON HESABAT: Vaksin çatışmazlığı yaşayan Afrikada ölüm sayı azaldı - Vaksin olunan Avropada fantastik yoluxmalar

  • 11:04 - 21 Oktyabr

Ümumdünya Səhiyyə Təşkilatı keçən həftə yeni koronavirus infeksiyasının ən sürətli artdığı bölgənin 7 faizlə Avropa olduğunu açıqlayıb. Avropa.info xəbər verir ki, dəyərləndirməyə görə, yoluxma hallarının artdığı ölkələr arasında İngiltərə, Rusiya və Türkiyə ön sıradadır. Peyvənd çatışmazlığı olan Afrikada isə ölüm halları azalıb.

Ümumdünya Səhiyyə Təşkilatının yeni nəşr olunan pandemiya ilə bağlı həftəlik qiymətləndirməsində keçən həftə bildirilən rəqəmlərə bənzər şəkildə, son bir həftədə təxminən 2.7 milyon yeni yoluxma hadisəsi və 46.000-dən çox insanın öldüyü bildirilib. 

"Euronews"da yer alan xəbərə görə, COVID-19-a yoluxmalarda ən böyük miqyasda azalma Afrika və Qərbi Sakit Okean hövzəsində müşahidə olunub ki, burada infeksiyalar müvafiq olaraq təxminən 18 və 16 faiz azalıb. 

Vaksin çatışmazlığına baxmayaraq Afrikada ölümlər azaldı

Vaksin çatışmazlığına baxmayaraq Afrikada ölənlərin sayı da təxminən dörddə bir miqyasda azalıb. ÜST bildirib ki, Amerika və Yaxın Şərq də daxil olmaqla digər bölgələr əvvəlki həftəyə oxşar rəqəmlər açıqlayıb. 

Avropanın yarıdan çoxunda yoluxmalar artıb

Avropada koronavirusa yoluxanların sayı 1,3 milyon nəfərə yaxın artıb. ÜST bölgə ölkələrinin yarısından çoxunun COVID-19 sayında artım yaşadığını bildirir. 

Xəstəliklər əhalisinin 70 faizinin vaksin olunduğu İngiltərədə rekord qırır 

Keçən həftə İngiltərədəki infeksiyaların sayı iyulun ortalarından bəri görünməyən səviyyələrə yüksəlib. İngiltərənin Milli Səhiyyə Xidmətinin rəhbəri hökuməti maskalar taxmaq və uşaqlara daha tez peyvənd etmək də daxil olmaqla daha sərt COVID-19 protokollarını tətbiq etməyə çağırsa da, siyasətçilər bu addımlara etiraz edirlər. 

Rusiyada ən acınacaqlı vəziyyət 

Rusiyada səlahiyyətlilər əhalini peyvənd etməkdə çətinlik çəkir və Sputnik V peyvəndi olmasına baxmayaraq, insanların yalnız təxminən 32 faizi peyvənd olunur. 225 mindən çox ölümlə Rusiya Avropada ən çox ölüm sayına sahib olan ölkədir. 

Türkiyədə son vəziyyət 

19 oktyabrda Türkiyədə açıqlanan rəqəmlərə görə, bir gündə 30 mindən çox yoluxma və 223 ölüm hadisəsi baş verib. Türkiyədə son bir ayda hər gün yoluxma sayı təxminən 30 min nəfər olur.


Oxunma sayı: 2784

Oxşar yazılar