Hacı İlqar İbrahimoğlu sərbəst buraxıldı: Başqa HƏBSLƏR VAR (YENİLƏNİB)

  • 02:35 - 20 Oktyabr

Dünən axşam saatlarında həbs edilən Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri  Hacı İlqar İbrahimoğlu azadlığa buraxılıb.

Avropa.info xəbər verir ki, o, bununla bağlı öz Facebook səhifəsində canlı yayım edib..

 "Hazırda sərbəst buraxıldım. Məni apardılar və şahid qismində dindirilmək üçün dəvət olunmuşam. Bir neçə saat ərzində maraqlandırılan suallara cavab olub. Bu müddətdə çox peşəkar davranış olub. Mənə ünvanlanan bütün suallardan sonra sərbəst buraxıldım. Onu deyim ki, bir neçə gün müddətdə mənə sosial şəbəkələrdən müraciət etməyin. Çünki texniki imkanım xidmətinizdə durmağa imkan verməyəcək. İnşallah, bir neçə gündən sonra xidmətinizdə durmaq imkanımız olacaq. Hər birinizə təşəkkür edirəm", -deyə İlqar İbrahimoğlu qeyd edib.

***

İlahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlunun  saxlanıldığı bildirilir.

Avropa.info xəbər verir ki, oktyabrın 19-da İ.İbrahimoğlu öz sosial media hesabında canlı efirə çıxaraq hüquq mühafizə orqanlarının nümayəndələri onun evinə gəldiyini özü də evə getdiyini bildirib.

İlqar İbrahimoğlunun evində axtarış aparıldığı, özünün isə xüsusi xidmət orqanları tərfindən saxlanıldığı qeyd olunur.

Onun hansı səbəbdən saxlanıldığı haqda məlumat yoxdur.  

İlqar İbrahimoğlu ilə bərabər bir neçə nəfərin də saxlanılması xəbərləri yayılıb. Onlardan yalnız birinin kimliyini müəyyən etmək mümkün olub. Bu, Maide.az saytının baş redaktoru Təmkin Cəfərovdur. 


Oxunma sayı: 17238

Oxşar yazılar