SON DƏQİQƏ: Rəsmi Bakı 5 erməni hərbçini İrəvana təhvil verdi - Sülhməramlıların keçmiş komandiri Muradov apardı

  • 19:34 - 19 Oktyabr

Rusiya Sülhməramlılarının keçmiş rəhbəri Rüstəm Muradov xüsusi missiya ilə Bakıda olub.

Avropa.info xəbər verir ki, bu haqda "caliber.az" məlumat yayıb. 

Məlumatda bildirilir ki, Muradov buradan İrəvana uçub. General Muradov İrəvana gedərkən özü ilə xüsusi "yük" də aparıb.

Məlumatımıza görə, o, təhlükəsizlik qüvvələrimiz tərəfindən tutularaq həbs edilən beş erməni hərbçisini özü ilə götürüb.
Söhbət Azərbaycan ordusuna və əhalisinə qarşı ağır cinayətlərdə iştirak etməyən və hazırda Azərbaycan tərəfindən məhkum edilmiş erməni əsgərlərindən gedir.

Məlumatda vurgulanır ki, Muradova təhvil verilən ermənilərin ikisi 27 may 2021 -ci ildə Kəlbəcərdə Azərbaycan ərazisinə girmək istəyərkən saxlanılan hərbçilərdir.

Heç şübhəsiz, bu aksiya Bakının daha bir humanist jestidir. Lakin əminliklə deyə bilərik ki, bunun qarşılığında Ermənistandan hansısa bir güzəşt əldə edilib.
Əlavə məlumat veriləcək.


Oxunma sayı: 4995

Oxşar yazılar