Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib

  • 17:23 - 19 Oktyabr

İşğaldan azad edilən ərazilərdə yeni milli parklar yaradılacaq. Artıq bu parkların yerləri müəyyənləşib.

Avropa.info bildirir ki, bunu Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, bununla bağlı nazirliyin xüsusi layihəsi var: "Layihənin reallaşdırılması üzrə artıq aidiyyəti qurumlara təkliflər verilib. Təkliflərə cavab veriləndən sonra bu istiqamətdə işlərə başlanılacaq".

V.Kərimov qeyd edib ki, yeni milli parkların ərazisi də müəyyən edilib: "Bunlar 20 min hektar Laçın rayonu, 20 min hektar Qubadlı rayonu, 107 hektar Bəsitçay qoruğu ərazisi, 2000 hektar Daşaltı dövlət təbiət qoruğu və Arazboyu təbiət yasaqlığının əraziləridir".


Oxunma sayı: 958

Oxşar yazılar