Erməni sürücü Gorus-Qafan yolunda qaydanı pozdu, Azərbaycan DYP cərimə yazdı - Cəriməni ödəməsə...

  • 14:30 - 19 Oktyabr

Azərbaycan Dövlət Yol Polisinin əməkdaşları Gorus-Qafan yolunda yol hərəkət qaydasını pozan erməni sürücünü cərimələyib.

Avropa.info xəbər verir ki, bu haqda Ermənistan mediası məlumat yayıb. 

Məlumatda bildirilir ki, Ermənistanın Xndzoresk kəndinin sakininə Gorus-Qafan yolunun Azərbaycan hissəsindən keçən zaman yol hərəkət qaydasını pozduğuna görə Azərbaycan Dövlət Yol Polisi əməkdaşı tərəfindən cərimə protokolu yazılıb.  
 

Ermənistan mediasının iddiasına görə, sürücüyə bildirilib ki, cəriməni Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin saytında onlayn şəkildə ödəyə bilər.Cərimə ödənilməyəcəyi təqdirdə həmin avtomobil bir də Azərbaycan ərazisindən keçərsə cərimə meydançasına yerləşdiriləcək.


Oxunma sayı: 7591

Oxşar yazılar