Ərbakanın Türkiyə üçün iki nəhəng projesi: Ərdoğan və Bayraktar - Türk PUA-larının qurucusu Özdəmir Bayraktarın vəfatına ithafən

  • 00:54 - 19 Oktyabr

Qarabağda dastan yazan "Bayraktar TB2 " PUA-larının istehsalçıları Səlçuk və Haluk Bayraktar qardaşlarının atası Özdəmir Bayraktarın vəfat xəbərini sosial mediada paylaşdım, facedə müxtəlif qruplarda 1000-lə "Allah rəhmət etsin" mesajı yağdı. Bəzi sosial media istifadəçiləri Özdəmir Bayraktar üçün, "Belə övladlar yetişdirdiyin üçün Allah rəhmət etsin" yazıblar. 

Səlçuk bəy Azərbaycanda yaxşı tanınsa da, mərhum Özdəmir bəy bir qədər arxa planda qaldığı üçün o qədər də yaxşı bilinmir. Əslində bütün bu işlərin memarı Özdəmir bəy, ondan əvvəl də mərhum professor, doktor Nəcməddin Ərbakandır. Bir qədər qəribə görünə bilər, amma Ərbakandan öncə də Türkiyənin milli və yerli hərbi sənayesinin bünövrəsini qoymaq istəyən adam, hamımızın tanıdığı mərhum Nuru Paşa Killigildir. Nuru Paşa 1950-ci illərdə Qərbin Türkiyəyə qeyri-rəsmi tətbiq etdiyi yerli və milliləşmə embarqosunu qırmaq istəyirdi. Nəticəsi məlumdur, Nuru Paşanın zavodunu elə bir şəkildə partlatdılar ki, o igid adamın cəsədini çətinliklə tapıb dəfn etdilər. 

Daha sonra, Milli Görüş Hərəkatı və mərhum Nəcməddin Ərbakan bu missiyanı öz üzərinə götürdü. Ərbakan güclü mühəndis idi və Almaniya universitetlərində dissertasiya yazan ilk türk alim olaraq tanınırdı. Almaniyanın DUETZ zavodunda  tankların modenləşdirilməsi və istehsalı sahəsində çalışmış Ərbakan, Türkiyənin hərbi sənayesinin milliləşdirilməsinin qəti tərəfdarı idi. Türkiyənin müstəqil şəkildə tank istehsal etməsi üçün çalışan Ərbakana ordudakı bəzi milli generallar dəstək versə də, NATO-çu generallar onun cəhdlərinə mane oldular. Bundan sonra universitetdə fəaliyyət göstərən Ərbakan, eyni zamanda siyasətə də girdi. Türkiyənin gələcəyi üçün hər iki sahədə ADAM yetişdirməyi hədəfləyən Ərbakan hoca siyasətdə Rəcəb Tayyib Ərdoğanı, sənaye sahəsində isə Özdəmir Bayraktar kimi nəhəngləri ortaya çıxardı. Ərdoğanla Bayraktar elə o vaxtlardan, gənc yaşlarından mübarizə dostları idilər. Gənclik illərində birgə hicaba, məcsidlərə qadağalara görə aksiyalarda iştirak etmiş, Qüdsə azadlıq tələb etmişdilər. Bununla yanaşı Ərdoğan siyasət səhnəsində, Bayraktar isə sənaye sahəsində çalışmalarını davam etdirirdilər. 

تويتر \ Mustafa Güldağı على تويتر: "3) "Teknoloji ile şu mümkün. Ben şimdi  bu masada oturuyorum. Şurada bir düğmeye basıyorum. İstanbul Havaalanından  pilotsuz bir uçak havalanıyor. Bu uçağın gördüğü ne varsa bende

1984-cü ildə "Baykar Makina" şirkətini quran Özdəmir Bayraktar 90-ci illərdə, hələ dünyada PUA-lar məsələsi yeni müzakirə olunduğu bir vaxtda Türkiyənin ilk milli və yerli PUA-sının hazırlanması üçün çalışmalara başladı. Lakin, NATO-çu generallar və bir də təbii ki FETÖ buna ciddi cəhdlə mane olurdu. Özdəmir Bayraktara dəstək verən generallar da vardı və onların bəziləri sonradan FETÖ-nün "Ergenekon" əməliyyatında həbs olunmuşdular. 2000-ci ildə Tayyib Ərdoğanın rəhbərlik etdiyi AK Partiyanın hakimiyyətə gəlməsi "Baykar" şirkəti üçün bir günəşin doğması idi. Üstəlik Özdəmir bəyin oğulları Haluk, Səlçuk və Əhməd xaricdə PUA istehsalı sahəsində təhsil alaraq ölkəyə yeni projelərlə gəlmişdilər. O vaxtlar baş nazir olan Tayyib Ərdoğanın bu projeləri dəstəkləməsinə baxmayaraq, hərb sahəsində hələ də güclü olan NATO-çular və FETÖ buna mane olmağa çalışırdılar. Sonradan bu haqda danışan Səlçuk Bayraktar deyirdi: "2000 -ci illərə qədər Türkiyədə milliləşdirmə siyasəti yox idi. Bütün müdafiə məhsulları tək bir mərkəzdən idarə olunurdu. İlk dəfə 2004 -cü ildə milliləşdirmə, milli istehsal mövzusu gündəmə gəldi və o günlərdə mənə, "Sən savadlı bir gəncsən, bunları edə bilməzsən. Siz xarici ölkələrdəki bu işləri görənlərlə aramızda əlaqə yaradın, başqa heç bir işə qarışmayın", deyənlər vardı."

Bir 4 kişi görseli olabilir

Nəhayət 2004-cü ildə Ərdoğanın ordu içindəki milli generalların dəstəyi ilə işə qarışmasından sonra "Baykar" şirkətinə "yaşıl işıq" yandırıldı. 2007-ci ildə şirkət ilk Türk pilotsuz kəşfiyyat dronu "Kale-Baykar Mini"ni hazırladı. Lakin, burada da maneəçilik yaradılırdı. Hətta, dronun sınaqdan keçməsi üçün məkan ayırmamaq kimi problemlər belə çıxarılırdı. 2012-ci ildə isə Özdəmir Bayraktarın qardaşı oğlu, "Baykar Makina" şirkətində yüksək vəzifədə çalışan Mehmet Mert Bayraktar evindən boğazı kəsilmiş və işgəncəyə məruz qalmış şəkildə ölü tapıldı. Türkiyədə bir çox hərbi ekspertlər bu qətlin "Baykar" şirkətinin fəaliyyətinə mane olmaq üçün həyata keçirilmiş sui-qəsd hesab edirlər. 

Türk Quru Qoşunları Komandanlığı, şirkətlə 19 ədəd PUA sistemi almaq üçün müqavilə imzaladı. Bu dronları alan ilk ölkə isə Qətər oldu. Bundan sonra "Baykar" şirkəti daha bir neçə PUA hazırlasa da, bunların ən güclüsü 2014-cü ildə Qarabağda, Liviyada, Suriyada dastan yazan "Bayraktar TB2" PUA-ları oldu. PUA-ların hazırlanmasında texniki məsələlər Səlçuk Bayraktarın, dizayn məsələləri isə ata Özdəmir Bayraktarın üzərinə düşürdü. Hətta Özdəmir Bayraktarın vəfatından az öncə istifadəyə verilmiş yeni PUA "AKINCI"nın da dizaynı Özdəmir bəyin sənət əsəri idi. Bütün həyatını Türkiyənin hərbi sənayesinin qurulmasına adayan Özdəmir Bayraktar və ailəsinin hətta yaşayış yeri də "Baykar" şirkətidir. 

Ruslardan çok konuşulacak Türk SİHA'ları itirafı - DÜNYA Haberleri

Allahın hər qulu kimi, Özdəmir Bayraktar 72 yaşında dünyaya vida etdi. Həyatı və fəaliyyəti ilə uzun illər Türkiyədə bəzilərinin "dindar-mühafizəkar kəsim geriçidir" sloqanını darmadağın etdi. Özdəmir bəy vəfat etdi, amma Səlçuk Bayraktar var. Və bundan sonra daha neçə-neçə Səlçukların çıxacağına ümid edirik. Buna da ümid edirik ki, Türkiyədə daha bundan sonra heç vaxt siyasət milliləşməyə mane olmayacaq və prosesə dəstək verəcək. Milliləşmə prosesini Ərdoğan başlatdı və bunun Qiyamətə qədər davam edəcəyinə ümid edirik.

Ruslan Bəşirli 
Avropa.info 


Oxunma sayı: 6645

Oxşar yazılar