SON DƏQİQƏ: Bu strateji ərazi Azərbaycan ordusunun nəzarətinə keçdi - FOTO
- 01:13 - 18 Oktyabr
"Qafan ilə Azərbaycan sərhədində yerləşən Ağdağ yüksəkliyi (ermənilər Pela dağı deyir) ordumuzun nəzarətinə keçib".
Avropa.info xəbər verir ki, bu haqda hərbi ekspert Ədalət Verdiyev sosial media hesabında məlumat yayıb.
Məlumatlara görə, yüksəkliyin Azərbaycana keçməsi sərhədlərin delimitasiyası və demarkasiyası sayəsində mümkün olub.
Xatırladaq ki, Ermənistan mətbuatı bu yüksəkliyin Azərbaycana təhvil veriləcəyi ilə bağlı məlumatlar yaymışdı.