Rusiya hərbçiləri Xankəndindən 100 erməni məktəbli və gənci topladı -SƏBƏB

  • 22:37 - 17 Oktyabr

Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində yerləşdirilmiş Rusiyahıh sülhməramlı missiyasının hərbçiləri müxtəlif adlar altında bölgədəki ermənilərə hərbi xarakterli təlimlər keçməkdə davam edirlər.

Ötən gün rus hərbçiləri mülki müdafiə adı altında keçirdikləri təlimlərə 100-dən çox erməni məktəbli və gəncini cəlb ediblər.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya sülhməramlı kontingentinin Humanitar Müdaxilə Mərkəzinin hərbçiləri Xankəndindəki bir məktəbdə məktəbdə sülh və təhlükəsizlik dərsləri keçiblər: "100-dən çox məktəbli interaktiv dərslərdə iştirak etdi. Rusiya sülhməramlı qüvvələrinin hərbçiləri Böyük Vətən Müharibəsi tarixinə qısa bir ekskursiya etdilər".
 

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Sergey Zadorojnı bildirib ki, "təlimlərin əvvəlində gənclərə cəsarət, sülh dərsləri, qəhrəmanlğa həsr olunmuş dərslər keçirilir"./turkustan.az/


Oxunma sayı: 8768

Oxşar yazılar