ABŞ-da şənlik zamanı naməlum şəxs kütləni güllələyib, yaralılar var

  • 14:20 - 17 Oktyabr

ABŞ-ın Kaliforniya ştatının Uittier şəhərində keçirilən Hallouin şənliyi zamanı baş verən atışma nəticəsində azı 3 nəfər yaralanıb.

 “Associated Press” xəbər verir ki, faktı Los-Anceles dairə polisi təsdiqləyib.

 

Polisin məlumatına görə, gecədə əvvəl dava düşüb, sonra isə naməlum şəxs tapançanı çıxarıb hadisənin baş verdiyi evin yaxınlığında dayanan izdihamı atəşə tutub.

Yaralılar 15-19 yaş aralığındadır. Onların hər üçü xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır-stabil qiymətləndirilir.

“Los Angeles Times” nəşrinin yazdığına görə, şübhəli hadisə yerindən qaçıb.(apa)


Oxunma sayı: 3224

Oxşar yazılar