Mahir Emrelinin transfer qiyməti artıb

  • 19:50 - 16 Oktyabr

Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer qiymətində dəyişiklik olub.

Bu barədə transfermarkt.ru portalının rəsmi “Instagram” hesabında məlumat verilib.

24 yaşlı hücumçunun qiyməti 2 milyon avroya (təqribən 3,9 milyon manat) yüksəlib. Beləliklə, forvard Polşa “Ekstraklass”ının (Yüksək Liqa) ən dəyərli futbolçuları sırasında “top 10-luğa” girib.

Emreli və komanda yoldaşı Bartoş Sliş müvafiq olaraq 9 və 10-cu yerləri bölüşürlər.

Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə “3+1 illik” sistemi üzrə müqaviləsi var. Oyunçunun əvvəlki qiyməti 1 milyon avro (təqribən 1,9 milyon manat) olub.


Oxunma sayı: 3169

Oxşar yazılar