Yanğına görə bir sıra marşrut xətlərinin hərəkət istiqaməti dəyişdirildi

  • 10:27 - 16 Oktyabr

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində ticarət mərkəzində baş verən yanğınla əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub. 

Bu barədə Avropa.info-ya  Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd edilən marşrut xətləri üzrə gecikmələr müşahidə olunur.

Bundan başqa, yanğınla əlaqədar BNA ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.


Oxunma sayı: 2091

Oxşar yazılar