DYP Nərimanovdakı yanğınla əlaqədar vətəndaşlara müraciət edib

  • 10:21 - 16 Oktyabr

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar vətəndaşlara müraciət edib.

İdarədən Avropa.info-ya bildirilib ki, yanğınla əlaqədar olaraq Ağa Nemətulla, Təbriz küçələrinin kəsişməsində və Fətəli Xan Xoysi küçəsi istiqamətində hərəkət məhdudlaşdırılıb.

"Vətəndaşlara müraciət edirik ki, qeyd edilən ərazilərə şəxsi minik vasitələri ilə hərəkət etməsinlər. Həmin istiqamətlərdəki yollar yanğının fəsadlarının aradan qaldırılmasına qədər bağlı olacaq", - DYP-dən məlumat verilib.


Oxunma sayı: 1893

Oxşar yazılar