Nərimanov rayonunda yanğına görə hərəkət məhdudulaşdırılıb

  • 10:00 - 16 Oktyabr

Bakının Nərimanov rayonunda ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.

Qeyd edək ki,Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.


Oxunma sayı: 1981

Oxşar yazılar