Bakıda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

  • 10:50 - 16 Oktyabr

Bakı şəhərinin Sabunçu rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzilin yanar konstruksiyaları 40 m² sahədə və bitişik, ümumi sahəsi 10 m² olan mağazanın yanar konstruksiyaları yanıb. 

Bu barədə Avropa.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat  verilib. Nazirliyin məlumatına görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

 


Oxunma sayı: 1860

Oxşar yazılar