Bütün gözlər Türk Ordusunda! - "Reuters" Türkiyənin Suriyada PKK/YPG-yə qarşı başladacağı hərbi əməliyyatın planı haqda yazdı - ŞOK DETALLAR

  • 01:17 - 16 Oktyabr

"Reuters" agentliyi Türkiyənin Suriyanın şimalını YPG/PKK terrorçularını təmizləmək üçün planlaşdırdığı hərbi əməliyyatdan yazıb.

Avropa.info xəbər verir ki, agentlik diplomatiyanın işə yaramayacağı təqdirdə Türkiyənin Suriyada PKK/YPG terrorçularına  qarşı hərbi əməliyyat planlaşdırdığını bildirib.

"Reuters" agentliyinin həmin yazısını təqdim edirik:

İki türk rəsmisi, Türkiyənin ABŞ və Rusiya ilə danışıqlarının nəticəsiz qalacağı təqdirdə Suriyanın şimalında ABŞ-ın dəstəklədiyi PKK/YPG-yə qarşı mümkün hərbi əməliyyata hazırlaşdığını söylədi.

Prezident Tayyip Ərdoğan bu həftə Ankaranın Suriyanın şimalından gələn təhdidləri ortadan qaldırmaqda qərarlı olduğunu və iki türk polisini öldürən YPG hücumunun son damla olduğunu söylədi.

İki türk polisi PKK/YPG tərəfindən Suriyanın Azez bölgəsində Tel Rıfatdan idarə olunan raket hücumu nəticəsində öldürüldü.

Reuters agentliyinə danışan yüksək rütbəli bir türk məmur" Bölgəni, xüsusən də bizə qarşı davamlı hücumların edildiyi Tel Rifat bölgəsini təmizləmək vacibdir", dedi. 

Türkiyə silahlı qüvvələri son beş ildə yüzlərlə kilometr sərhəd zolağını təmizlədi və üç hücumla özünə olan təhdidi Suriyanın şimalından 30 km uzaqlaşdırdı.

Rus təyyarələri, İranın dəstəklədiyi silahlılar, Türkiyənin dəstəklədiyi üsyançılar, ABŞ əsgərləri və Suriya rejimi qüvvələri də Suriyanın şimalında PKK/YPG ilə qonşudur.

ABŞ YPG -ni Suriyanın şimal -şərqində əsas müttəfiqi olaraq görür. Rusiyanın bölgədə Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən qüvvələri var.

Edilən açıqlamada, Türkiyənin mümkün hərbi əməliyyatlarının vaxtı və mahiyyəti bəlli deyil. Hərbi kəşfiyyat və Milli Kəşfiyyat Təşkilatının (MİT) hazırlıq gördüyünü söyləyən türk səlahiyyətlisi Reuters-ə açıqlamasında "Bunun üçün qərar qəbul edildi və müəyyən ölkələrlə lazımi koordinasiya aparılacaq. Bu məsələ Rusiya və ABŞ-la müzakirə olunacaq", deyib.

Rəsmilər, Ərdoğanın bu mövzunu oktyabrın sonunda Romada keçiriləcək  G20 sammitində ABŞ prezidenti Co Baydenlə müzakirə edəcəyini söyləyir.

Başqa bir türk səlahiyyətli PKK/YPG -nin ən az 30 km geri çəkilməli olduğunu bildirərək, başqa bir vacib məsələyə toxunub:  Rusiya bəzi İran elementləri ilə birlikdə Türkiyə qüvvələrinə son hücumların edildiyi bölgələri tamamilə nəzarətdə saxlayır.

Türkiyə rəsmisi Ərdoğanın Baydenlə görüşdən sonra Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib.

"Diplomatiyadan bir nəticə olmasa və PKK/YPG bu bölgələri tərk etməsə, əməliyyat qaçılmaz görünür", - deyə türk rəsmisi "Reuters"ə bildirib.  

Avropa.info


Oxunma sayı: 3169

Oxşar yazılar