Norveçdə beş nəfəri oxla öldürən əcnəbi həbs edilib

  • 20:14 - 15 Oktyabr

Norveçdə beş nəfəri oxla öldürməkdə ittiham olunan şəxs barəsində dörd həftəlik həbs qətimkan tədbiri seçilib.

Çərşənbə günü Konqsberq şəhərində küçədə oxla azı beş nəfəri öldürərək bir neçəsinə də xəsarət yetirmiş 37 yaşlı Danimarka vətəndaşı Espen Andersen Briten polis tərəfindən saxlanılıb. Buskerud Əyalət Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən həmin şəxs ittihamı qəbul etsə də, törətdiyi əməlin səbəbini deməyib.

Norveç Polis Təhlükəsizlik Xidməti (PST) verdiyi açıqlamada sözügedən hadisəni terror hücumu olaraq dəyərləndirib.(report)


Oxunma sayı: 1332

Oxşar yazılar