BDU-nun professoru dünyasını dəyişdi

  • 17:26 - 15 Oktyabr

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məmmədəli Novruzov vəfat edib.

BDU-nun Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, 65 yaşında dünyasını dəyişən M.Novruzov 1973-1978-ci illərdə bu universitetin Filologiya fakültəsində təhsil alıb.

1981-1984-cü illərdə universitetdə aspirant olub.

1985-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat işi aparıb. 70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifi olub.

Qeyd edək ki, Məmmədəli Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.

Allah rəhmət eləsin!


Oxunma sayı: 5600

Oxşar yazılar