Bakıda daha bir məktəbin 3 sinfi bağlandı

  • 17:19 - 15 Oktyabr

Bakı şəhəri 7 nömrəli tam orta məktəbin 5 ç, 7 d və 10 ç siniflərinin hər birində 1 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin siniflərdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Bu barədə Avropa.info-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, 18 oktyabr tarixində karantin müddəti başa çatdığı üçün gələn həftədən həmin siniflərdə dərslər əyani şəkildə davam edəcək.


Oxunma sayı: 1904

Oxşar yazılar