SON DƏQİQƏ! Ərdoğan Suriyada PKK/YPG-yə qarşı yeni əməliyyatın MESAJI VERDİ : "Səbrimiz bir yerə qədər davam etdi və..." (VİDEO)

  • 16:37 - 15 Oktyabr

"Bir yerə qədər səbrimiz davam etdi və son olaraq da 2 polis məmurumuz şəhid oldu. Bütün bunlara qarşı mübarizəmiz çox fərqli bir şəkildə davam edəcək. Terror təşkilatlarına, oradakı ABŞ qüvvələrinə və rejim qüvvələrinə qarşı mübarizə aparmaq əzmindəyik."

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı Həzrəti Əli məscidində qılınan cümə namazından sonra jurnalistlərə verdiyi açıqlamada deyib. Ərdoğan Suriyada PKK/YPG terror təşkilatına qarşı yeni əməliyyatın mesajını verib.

"PKK, YPG və PYD təkcə Suriyanın şimalda deyil, hər tərəfdə var. Koalisiya qüvvələri və ABŞ onları dəstəkləyən ölkələrin başında gəlir. Verdikləri hər cür dəstək və sursatla burada terror fəaliyyəti ilə məşğuldular. Biz də mübarizə aparırıq. Bir nöqtəyə qədər səbrimiz davam etdi. "Bir yerə qədər səbrimiz davam etdi və son olaraq da 2 polis məmurumuz şəhid oldu. Bütün bunlara qarşı mübarizəmiz çox fərqli bir şəkildə davam edəcək. Terror təşkilatlarına, oradakı ABŞ qüvvələrinə və rejim qüvvələrinə qarşı mübarizə aparmaq əzmindəyik", - deyə Ərdoğan qeyd edib.


Oxunma sayı: 3664

Oxşar yazılar