Həkim: "Koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulur"

  • 17:16 - 15 Oktyabr

“Neanatal dövrdə olan və 1 yaşdan kiçik körpələr bəzi xəstəliklər səbəbindən risk qrupuna aiddirlər”.

Avropa.info "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib.

E.Rəhimov bildirib ki, koronavirusa yoluxan və tənəffüs çatışmazlığı problemi olan körpələr xəstəliyi daha ağır keçirirlər: “Hətta bəzən həmin körpələr süni tənəffüs aparatına qoşulur. Virusdan sağalandan 2-6 həftə sonra bəzi körpələrdə ağır iltihabi proses başlayır. Bu da ürək, böyrək, ağciyərlərə mənfi təsir edir və virusun fəsadı sayılır”.


Oxunma sayı: 1838

Oxşar yazılar