"Azərbaycanla Naxçıvan arasındakı yolu açmağa hazırıq" - Paşinyandan Zəngəzur dəhlizi AÇIQLAMASI

  • 15:43 - 15 Oktyabr

Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır.

Avropa.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında deyib.

O bildirib ki, bu məsələdə Rusiyanın və digər beynəlxalq tərəfdaşların dəstəyinə ümid edir.

Paşinyan Azərbaycanla sərhədə Rusiya sərhədçilərini və ya beynəlxalq müşahidəçiləri yerləşdirmək təklifini təkrarlayıb, bu təklifə uyğun olaraq bölgəyə qoşun yeridilməsini istəyib.

Ermənistan baş naziri qeyd edib ki, bölgədəki kommunikasiyaların blokdan çıxarılması nəticəsində Azərbaycanın Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsi yaranacaq. 

"9 Noyabr bəyanatına görə, Ermənistanın Azərbaycan ərazisindən keçməklə Rusiya ilə dəmir yolu və avtomobil əlaqəsi, eyni zamanda İranla dəmir yolu əlaqəsi alacaq və Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə quracaq. Ermənistan tərəfi sülh gündəmini inkişaf etdirmək üçün əlindən gələni edəcək", - deyə Paşinyan qeyd edib.

Avropa.info


Oxunma sayı: 3906

Oxşar yazılar