Xocalıya görə üzr istəməyə çağıran erməni ÖLDÜ

  • 15:53 - 15 Oktyabr

Qarabağ münaqişəsinin sülh yolu ilə bitməsi uğruna son 26 ildə yorulmadan çalışan erməni hüquq müdafiəçisi Georgi Vanyan bu gün vəfat edib.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, Vanyan bir müddət öncə koronavirusa yoluxaraq, Tiflis xəstəxanasında müalicə alırdı.

Georgi Vanyan Ermənistandan fəaliyyət göstərən hüquq müdafiəçisi idi. O, Azərbaycana qarşı xoş fikirlərinə, Xocalıya görə Ermənistanın üzr istəməli olduğunu deməsinə və ümumiyyətlə, Dağlıq Qarabağın Azərbaycan əraziləri olmasını etiraf etməsinə görə hər zaman rəsmi İrəvanın təzyiqlərinə məruz qalıb.

Ermənistanda çoxları onu Azərbaycan və Türkiyənin agenti hesab edirdi.


Oxunma sayı: 2773

Oxşar yazılar